Bizimlə müxtəlif sahələrdə fəaliyyət göstərən özəl şirkətlər, dövlət qurumları, sənətkarlar və s. web səhifələrin yaradılması istiqamətində əməkdaşlıq edib və etməkdədirlər.

Ən əsas məqsədimiz müştərilərin inkişafını sürətləndirməkdə önəmli yer tutan web səhifələri kreativ ideyalarla zənginləşdirmək və eyni zamanda keyfiyyətli məhsullar hazırlayıb internet istifadəçilərinə təqdim etməkdir. Mobil texnologiyanın həyatımızda önəmli yer tutduğuna görə kütlə arasında aktual olan Iphone, Android tətbiqetmələrin yaradılması xidmətlərini də göstəririk. 15 nəfərdən ibarət komandanın işini görəcək qədər peşəkar olan 5 nəfərlik komandayıq.

Ən uzunmüddətli əməkdaşlığımız Azercell şirkəti ilədir. 4 ildən çox davam edən əməkdaşlıq dövründə mysim.az və digər daxili saytların hazırlanması xidmətini göstərmişik. Bundan əlavə MZ production ilə sıx əməkdaşlığımız olub. Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sifarişi ilə "Mən azərbaycanlıyam" intellektual TV yarışmasının onlayn versiyasını (veb saytını) hazırlayıb 6 ay müddətində 24 saat texniki dəstəkləmişik. Bu oyunda 230 000-dən çox istifadəçi iştirak edib.

Bizim digərlərindən fərqimiz ondadır ki, müştərilərə bazar qiymətindən aşağı təkliflər edirik. Portfolio-dan göründüyü kimi baxımlı dizayn və keyfiyyətli proqram təminatı ilə.

Ümumiyyətlə bu abzası oxumasanız da olar. Bundan sonra uzun-uzadı yazıb vaxtınızı almaq istəmirik, lakin web studiya haqqında məlumat almaq üçün onun işlərinə baxmaq kifayət edər. Buyurub işlərimizə baxa bilərsiniz ;)